İki gündür Azərbaycanda ard-arda zəlzələlər olur

İki gündür Azərbaycanda ard-arda zəlzələlər olur
18 Dekabr 2020
Mətni dəyiş

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təkanlar yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 3.1 olan təkanlar 62 km dərinlikdə baş verib.

Həmçinin yerli vaxtla saat 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə, Mingəçevir rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3, dərinliyi isə 14 km olan zəlzələ hiss olunmayıb. Dünən isə Masallı rayonunda 3 maqnitudada zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 07:13-də qeydə alınıb.

Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun