Hande Harmançı “qısa zamanda Azərbaycana da peyvəndin gətirilməsinə başlanacaq”

Hande Harmançı “qısa zamanda Azərbaycana da peyvəndin gətirilməsinə başlanacaq”
12 Dekabr 2020
Mətni dəyiş
"Koronavirusa qarşı vaksinlərlə bağlı dünya üzrə vəziyyət ümidvericidir. Artıq Böyük Britaniyada əhalinin bir qismi vaksinasiyadan keçib. Bilirsiniz ki, Azərbaycan hökuməti də bu istiqamətdə bir neçə ölkələr ilə danışıqlar aparır və qısa zamanda Azərbaycana da peyvəndin gətirilməsinə başlanacaq".
Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmançı belə deyib.
Onun sözlərinə görə, peyvəndin əldə olunması xəstəliyin tam şəkildə aradan qaldırılması anlamına gəlmir: "Peyvəndin olması çox yaxşı haldır. Bu, o deməkdir ki, artıq "işıq görünür". Lakin unutmayaq ki, peyvəndin ölkəyə gətirilməsi xəstəliyin bitməsi olmayacaq. Əhalinin peyvənd olunması prosesi uzun bir zaman ala bilər. Bu baxımdan qorunma tədbirlərinə riayət edilməsi vacibdir".
Son həftə ərzində Azərbaycanda koronavirusa yoluxma rekord həddə çatıb, xəstəlikdən ölüm halları artıb. Bu səbəbdən Nazirlər Kabinetinin qərarı ilə ölkədə dekabrın 14-dən 2021-ci il yanvarın 18-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun