"İranın Dağlıq Qarabağ müharibəsində ziyan görmüş bölgələrin yenidən qurulmasında iştirakı hər iki ölkənin xeyrinə olacaq".
İran Prezidenti Həsən Ruhani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla bu günkü görüşdə deyib.
İran PrezidentiAzərbaycanla Ermənistan arasında müharibənin başa çatması, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və atəşkəsin təmin edilməsinə görə sevindiyini vurğulayıb.
H.Ruhani İran İslam Respublikasının Qarabağ münaqişəsində aşkar və konkret mövqe sərgilədiyini və Azərbaycanın ərazi bütövüyünü dəstəklədiyini qeyd edib.