İstintaq orqanı Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər vəzifəli şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirlərinin uzadılması ilə bağlı təqdimatlar verib.
Təqdimatlara Səbail Rayon Məhkəməsində hakim Rəna Qafarovanın icraatında baxılır.
Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İ.Vəliyev və rayonun digər vəzifəli şəxsləri - icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərdə təqsirləndirilirlər.