Həbs olunan cəbhəçilər niyə ev dustaqlığına buraxılır?

Həbs olunan cəbhəçilər niyə ev dustaqlığına buraxılır?
7 Dekabr 2020
Mətni dəyiş

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Həmin gün və ondan sonrakı günlər aksiya ilə əlaqələndirilərək Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) xeyli sayda üzvü həbs edilib. Noyabrın 16-da Baş Prokurorluğun təqdimatına əsasən Səbail rayon Məhkəməsində hakim Ağamalı Qafarovun qərar ilə saxlanılanlan cəbhəçilərdən bir qismi ev dustaqlığına buraxılıb. Dekabrın 7-si bu iş üzrə saxlanılan digər cəbhəçilərin də ev dustaqlığına buraxılması üçün prokurorluğun təqdimatına baxılacaq. Bəs görəsən, həbs olunan cəbhəçilər niyə azadlığa buraxılır?

Milli birlik, yoxsa yeni problemlərdən qaçmaq?

Cəmiyyətin bir qismi düşünür ki, ikinci Qarabağ müharibəsində ölkənin əsas müxalif partiyası hesab olunan AXCP-nin orduya və dövlətə dəstək olması, o cümlədən, bu məsələ ətrafında hökumətə olan basqıları qınaması ölkədə ümummilli birlik yaradıb. Hökumət də bu birliyin fonunda siyasi hesab olunan həbslərlə saxlanılmış partiya üzvlərini azadlığa buraxır. Digər bir qisim isə düşünür ki, bu siyasi iş əvvəlki siyasi işlərdən daha çox səs-küyə səbəb olub və məhkəmə prosesləri dövründə ittihamların qondarma olduğu tam sübut olunacaqdı. Onların fikrincə, Qarabağ məsələsindən sonra dünyanın gözü Azərbaycandadır və bu, siyasi şəxslərin azadlığa çıxmasına səbəb olub. Hökumət istəmir ki, belə bir vaxtda yanlış qərarlarla özünə yeni siyasi problemlər yaratsın.

Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törədə bilər

Saxlanılan cəbhəçilərdən birinin vəkili Zibeydə Sadıqova deyir ki, "Mənim müdafiə etdiyim şəxs 20 iyul 2020-ci ildə həbs edilib. 21 iyul 2020-ci ildə Nəsimi rayon məhkəməsi barəsində 15 oktyabr 2020-ci ilə kimi həbs qətimkan tədbiri seçilib. İstintaq orqanı məhkəmədə bildirib ki, müdafiə etdiyim şəxs ağır nəticələrə səbəb olan cinayət əməlini törtməkdə ittiham olunduğu, həmin cinayət əməllərinə görə 2 ildən artıq azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulması, şəxsiyyətinin ictimai təhlükəli olması, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törədəcəyi və cəmiyyət üçün təhlükə yaradacağı, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olacağı ehtimalı nəzərə alınaraq onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməlidir. İddia isə qismən təmin edib, 2 ay 26 gün həbs qətimkan tədbiri seçib".

Vəkil deyir ki, "mən müdafiə etdiyim şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsindən şikayət verdim, ev dustaqlığına buraxılması üçün vəsatət verdim. Lakin məhkəmə hər dəfə yuxarıdakı 2-ci bənddə göstərilən ehtimalları təkrarlayıb adamı həbsdə saxladı. Mən bildirirdim ki, müdafiə etdiyim şəxs ilk dəfə cinayət etməkdə ittiham olunur, himayəsində az yaşlı övladı var, Bakı şəhərində ailəsi ilə yaşayır və daimi yaşayış yeri var. Üstəlik, elə xəstəliyi var ki, o, mütləq azadlıqda qalmalıdır. Lakin məhkəmə heç bir vaxt mənim dediklərimi nəzərə almadı".

"Cinayət işi 27 sentyabr 2020-ci ildə Səbail rayon məhkəməsinə təqdim edildi və məhkəmə bizim iştirkımızı olmadan 05 oktyabr 2020-ci ildə bütün şəxslərin həbsdə qalma müddətini uzatdı. Sözsüz ki, eyni əsaslarla", - vəkil deyir.

 Amma məhkəmələr 3 dəfə mənim arqumentlərimi rədd etdi

Onun sözlərinə görə, həbsdə qalma müddəti uzandıqdan sonra məhkəmə Covid-19 virusu səbəbindən dayandırılıb. Yəni heç bir məhkəmə olmayıb.

"Məhkəmədə prokurorluq vəsatət verib ki, 21 nəfər barədə ev dustaqlığı qətimkan tədbiri seçilsin. Çünki onlar, həmçinin mənim müdafiə etdiyim şəxs az ağır cinayətdə ittiham edilir, ilk dəfə cinayət törədib, xəstəliyi var və himayəsində azyaşlı övladı var. Halbuki, bu tələbləri mən də dəfələrlə səsləndirmişdim. Amma məhkəmələr 3 dəfə mənim arqumentlərimi rədd etdi. Məhkəmələr yalnız prokurorun verdiyi vəsatəti təmin edir. Müdafiə tərəfinin verdiyi heç bir vəsatət təmin edilməyib", - deyə saxlanılan cəbhəçilərdən birinin vəkili Zibeydə Sadıqova bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun