Yüz ildən bəri davam edən ənənəyə sadiq qalaraq, Ağ Evdə Milad ağacını ABŞ-ın birinci xanımı Melania Tramp qarşılayıb.
5.6 metr hündürlüyündəki Freyser küknarı ağacı Ağ Evə at arabası ilə gətirilib və bununla bir çox ənənəvi tətil tədbirlərinə start verilib.
"Gözəl Amerika " bu il Ağ Evdə Milad mövzusudur. Melania Tramp ABŞ-ın "əzəmətinə" hörmət etdiyini deyib.
Mavi otaqdakı rəsmi Milad yolkasının ornamentləri ölkənin müxtəlif bölgələrindəki şagirdlər tərəfindən hazırlanıb. Milli Park Xidməti ştatlardan insanlar, ştatlarını tanıdan əşyalar istəyib.
ABŞ-da 266 mindən çox insanın ölümünə və 13 milyondan çox adamın yoluxmasına səbəb olan pandemiya ilə mübarizəyə ilk müdaxilə edənlər və ön sıralarda çalışan işçilər Qırmızı otaqdakı yolka və digər bəzək əşyaları ilə təcəssüm etdirilir.
İllik zəncəfilli pryaniklər üçün Ağ Evə 181 kiloqram xəmir, saqqız pastası, şokolad və krem gətirilib.
Tramp ailəsi üçün Ağ Evdəki son Milad bayramı olmasına baxmayaraq, prezident Donald Tramp 3 noyabr seçkilərində qalib gəldiyində təkid edir.
Ölkənin hər yerindən könüllülər Ağ Evi 62 Milad yolkası, 366 metrlik çələng də daxil edilməklə, 106 Milad çələngi, 3200-dən çox işıq və 17 000 bantla bəzəməyə kömək edib.