Sosial media nəhəngi Facebook şirkətin ən qiymətli aktivləri olan Instagram və WhatsApp-ı satmağa məcbur edilə bilər. Buna səbəb isə odur ki, ABŞ-ın Federal Ticarət Komissiyası və demək olar ki, bütün ABŞ ştatları şirkətə qarşı məhkəmə iddiası qaldıraraq Facebook-un daha kiçik rəqiblərli uzaq tutmaq üçün "satın al və ya basdır" taktikasından istifadə etdiyini bildirir.
Facebookdan əvvəl oktyabr ayında ABŞ-ın Ədliyyə Nazirliyi Google-un idarəedici qurumu olan Alphabet Inc-i də məhkəməyə verərək 1 triliyon dollar dəyərində olan şirkətin bazar gücündən istifadə edərək rəqiblərini sıxışdırdığını iddia edib.
Məhkəmə iddiaları ABŞ-da Big Tech kimi tanınan dörd texnologiya nəhənginin iş təcrübələrinə görə məsuliyyət daşıması üzərində iki tərəfli konsensusun artdığını önə çəkir. Bu, Tramp administrasiyası və demokratların eyni fikirdə olduğu nadir məqamlardandır və onların bəziləri hətta həm Google həm də Facebook-un bölünməsinə çağırıb.
Çərşənbə günü başlanan məhkəmədə Facebook rəqiblərini satın almaqda ittiham olunur, xüsusi olaraq isə şirkətin 2012-ci ildə 1 milyard dollara Instagram platforması və 2014-cü ildə 19 milyard dollara WhatsApp mesjlaşma xidmətini satın almasına diqqət çəkir.
Lakin federal və ştat tənzimləyiciləri satınalmaların ləğv edilməməli olduğunu bildirir. Bu isə razılaşmalar Federal Ticarət Komissiyası tərəfindən illər əvvəl təsdiqləndiyi üçün uzun bir hüquqi problemə səbəb ola bilər. "Təxminən on ildir ki, Facebook dominantlığından və inhisar gücündən kiçik rəqibləri əzmək və rəqabəti məhv etmək üçün istifadə edib və bunu gündəlik istifadəçilərin hesabına edib" deyə New York Baş Prokuroru Letisia Ceyms 46 ştat və paytaxt Vaşinqton və Quamın da daxil olduğu koalisiyanın adından bildirib. Alabama, Corciya, Cənubi Karolina və Cənubi Dakota məhkəmə iddialarına qoşulmayıb.
Facebook-un baş vəkili Cennifer Nyusted isə məhkəmə iddialarını "revizionist tarix” adlandırıraraq, uğurlu şirkətləri cəzalandırmaq üçün inhisarçılıq qanununun olmadığını bildirib. O həmçinin əlavə edib ki, WhatsApp və Instagram-ın Facebook-un həmin şirkətlərə milyardlarla dollar sərmayə yatırmasından sonra uğur qazanıb.