10 Dekabr 2020
Mətni dəyiş
İrəvanda bu gün başlayan etirazlarda etirazçılar hökümət evinə doğru yürüş keçirib, onlar baş nazir Nikol Paşinyanla görüşmək istədiklərini deyiblər. Bu haqda erməni mediası xəbər verir.
Nazirlər kabinetinin önündə toplanmış etiraz aksiyasının iştirakçıları polisdən binaya girməyə icazə istəyiblər.
"Biz hökümət evinə daxil olmaq istəyirik, Paşinyanla ölkədəki vəziyyəti müzakirə etmək istəyirik. Biz polislərlə toqquşmaq istəmirik" - deyə etirazçılardan biri bildirib.
Polis nümayişçilərin önünü kəsib və bildirib ki, binaya daxil olmağa icazə yoxdur. Etirazçılarla polislər arasında toqquşmalar başlayıb.
Xatırladaq ki, Ermənistanda kütləvi aksiyalar noyabrın 10-u agecəsi Paşinyanın Rusiya və Azərbaycanla birlikdə Dağlıq Qarabağla müharibəsində atəşi dayandırmaqla bağlı razılaşmasından sonra başlanıb. Sənədin şərtlərindən sonra tanınmamış DQR-nin ərazisinin böyük hissəsi Azərbaycanın nəzarətinə keçib.