Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbiylə çox sayda insanın iştirakıyla "Ləyaqət Marşı" adlı etiraz aksiyası keçirilib.
Ermənistanın News.am postalının məlumatına görə, mərkəzi küçələrdə hərəkət edən etirazçılar "Nikolsuz Ermənistan!" və "Nikol - satqın!" kimi şüarlar səsləndiriblər.
Etirazçıların əsasən gənclərdən təşkil olunduğu bildirilir.
Məlumata görə, aksiyaya polis müdaxilə edib və etirazçılar saxlanılaraq polis bölmələrinə aparılıb.