Qarabağ münaqişəsi yalnız beynəlxalq ictimaiyyət Qarabağ sakinlərinin öz müqəddəratını təyin etmək hüququnu tanıdığı təqdirdə nizamlana bilər. Bu barədə bu gün Ermənistanın XİN başçısı Ara Ayvazyan bildirib.
"Münaqişə yalnız Arsax xalqının həyata keçirdiyi öz müqəddəratını təyin etmək hüququ beynəlxalq ictimaiyyət tərəfindən tanındığı təqdirdə həll edilmiş hesab oluna bilər. Müharibə zamanı beynəlxalq ictimaiyyət bizim 26 il ərzində israr etdiyimiz anlayışı möhkəmləndirib və dərinləşdirib. Bu, öz tarixi vətənində yaşayan azad və ləyaqətli insanların məsələsidir", deyə Armenpress Ayvazyandan sitat gətirir.