Ermənistan niyə hava məkanını Azərbaycan və Türkiyə üçün açıb?

Ermənistan niyə hava məkanını Azərbaycan və Türkiyə üçün açıb?
29 Dekabr 2020
Mətni dəyiş

Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağda Azərbaycanla atəşkəs bəyanatı imzalayan Ermənistan hava məkanını Türk Hava Yollarının təyyarələri üçün açıb. Türk Hava Yollarının Bakı-İstanbul reysi Ermənistan hava məkanı üzərində baş tutub.

Azərbaycanın qələbə qazandığı Qarabağ müharibəsi 9 noyabrda Rusiyanın vasitəçiliyi ilə sona çatdı. Sazişin doqquz maddəni əhatə edən maddələri arasında Naxçıvanı Ermənistan üzərindən Azərbaycana bağlayan tranzit dəhlizinin yaradılması da yer alıb. Əvvəllər Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirən quru yolun olmaması idarəetmədə və nəqliyyatda problemlər yaradırdı.

Ankara tələb etdi

Türkiyə ilə Azərbaycan arasındakı mülki uçuşlar Qarabağ münaqişəsi səbəbindən Ermənistan rəhbərliyi tərəfindən bloklanmışdı. Hava məkanını Türkiyə və Azərbaycan üçün bağlayan Ermənistan, Azərbaycanın Qarabağdakı qələbəsi səbəbindən küncə sıxıldı. Yerli mənbələrə görə, Qarabağdakı razılaşmadan sonra Ankara və Bakı rəhbərliyi Ermənistan rəhbərliyindən hava məkanını açmağı tələb ediblər. Ermənistan rəhbərliyinin müqavimətinə cavab olaraq Ankara ilə Bakı da "Rusiya ilə Ermənistan arasında uçuşlar üçün hava məkanımızı bağlayacağıq" mesajı veriblər. Ermənistana tətbiq olunan bu təzyiq tez bir zamanda nəticə verib.

Rusiyadan insan və hərbi yardım gözləyən Ermənistan rəhbərliyi hava məkanını bu yaxınlarda Azərbaycandan havaya qalxan Türkiyə sərnişin təyyarələrinə açmağa məcbur olub. Əvvəllər Azərbaycan və Türkiyə təyyarələri daha uzun məsafəni qət edərək Gürcüstanın hava məkanında uçmaq məcburiyyətində qalırdılar.

Hücumlar davam edir

Qarabağda əldə edilmiş atəşkəs razılaşmasından sonra bölgəni nəzarətdə saxlamağa çalışan Azərbaycan ordusu silahlı erməni qruplaşmalarının təxribatçı hücumlarına məruz qalır.

Azərbaycan Müdafiə Nazirliyi bir qrup erməni silahlısının Xocavənd rayonunun Ağdam kəndi yaxınlığında Azərbaycan ordusuna hücum etdiyini açıqlayıb.

Hücumda bir əsgər şəhid olub, bir əsgər yaralanıb. Azərbaycan ordusunun təşkil etdiyi əks-hücumda isə altı erməni əsgərinin öldüyü məlumatları yayılıb. Bəyanatda hücumların təkrarlanacağı təqdirdə Azərbaycan ordusunun qəti addımlar atacağı bildirilib.

Aksoy: Açıq pozuntudur

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Ermənistana reaksiya verib: "Hücumlar 9 Noyabr 2020 tarixli üçlü bəyannamə ilə qurulan atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır", - deyə o, bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun