Ermənistan müharibədən zərər çəkənlərə ödəyəcəyi kompensasiyaların məbləğini açıqladı

Ermənistan müharibədən zərər çəkənlərə ödəyəcəyi kompensasiyaların məbləğini açıqladı
3 Dekabr 2020
Mətni dəyiş
Ermənistan hökuməti hərbi əməliyyatlar zamanı zərər çəkmiş şəxslərə ödəyəcəyi birdəfəlik kompensasiyaların məbləğini açıqlayıb ("ru.armeniasputnik.am").
Ermənistan Nazirlər Kabinetinin dekabrın 3-də keçirilən toplantısında əmək və sosial məsələlər naziri Mesrop Arakelyan bildirib ki, həlak olanların ailələrinə 5 milyon dram (təxminən 10 min dollar), I, II və III dərəcəli əlillərə isə müfaviq olaraq 3 milyon (6 min dollar), 2 milyon (4 min dollar) və 1 milyon (2 min dollar) dram birdəfəlik kompensasiya ödəniləcək.
Azərbaycan sərhədləri yaxınlığında yaşayan və hərbi əməliyyatlar nəticəsində  evləri zədələnmiş sakinlərə (75 ev) də yardım ediləcək. Evi daha çox zədələnmiş bir ailəyə yeni ev veriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun