Ermənistan hərbi xərclərini artırır

Ermənistan hərbi xərclərini artırır
10 Dekabr 2020
Mətni dəyiş
Ermənistan parlamenti 2021-ci ilin dövlət büdcəsi layihəsini qəbul edib.
"Sputnik Armeniya"nın dekabrın 10-da verdiyi xəbərə görə, parlamentdə keçirilən səsvermədə 84 deputat qanun layihəsinin lehinə, 14 deputat isə əleyhinə səs verib.
Büdcə layihəsində əsas etibarilə müdafiə və sosial təminat xərclərinin artırılması nəzərdə tutulur. Bunun əvəzinə, elm və mədəniyyət xərcləri azaldılıb.
Müdafiə xərcləri təxminən 10,1 milyard dram artırılıb. Beləcə, xərclər 218 milyard drama çatıb (təqribən 430 milyon dollar).
Bununla yanaşı, 2021-ci ildə müdafiə texnologiyasının alınmasına ayrılan maliyyənin təqribən 20% artırılması (təqribən 10 milyon dollar) nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun