Ermənistan əsir və itkin düşmüş əsgərlərin ailəsinə 6 ay ərzində hər ay 600 dollar ödəyəcək

Ermənistan əsir və itkin düşmüş əsgərlərin ailəsinə 6 ay ərzində hər ay 600 dollar ödəyəcək
10 Dekabr 2020
Mətni dəyiş
Ermənistan höküməti itkin düşmüş və əsir alınmış əsgərlərin ailələrinə yardım proqramını təsdiqləyib. Bu haqda Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Mesrop Arakelyan məlumat verib. Proqramma görə itkin düşmüş və əsir alınmış əsgərlərin ailəsinə 6 ay ərzində hər ay 300 min dram (təqirbən 600 dollar) təklif olunur. Bu əsgərin itkin düşməsi statusu tam təsdiqlənənə qədər davam edəcək. Vəsait Ermənistanın Müdafiə Nazirliyinin Hərbçilərə Dəyən Zərərlərin Aradan Qaldırılması Fondu tərəfindən ödəniləcək. Ermənistanın baş nazirir Nikol Paşinyan deyib ki, qanunvericiliyə görə hərbi qulluqçunun həqiqətən itkin düşməsini təsdiqləmək üçün bir il içində məhkəmə keçirilməlidir və ancaq məhkəmə yolu ilə təsdiqlənməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun