9 Dekabr 2020
Mətni dəyiş
Prestijli beynəlxalq sənədli film mükafatı olan ADAMI Media Prize öz mükafatının təqdim edilmə mərasiminə hazırlaşır. Mərasim dekabrın 10-da baş tutacaq. Bu il Avropa Birliyi ilə Şərq tərəfdaşlıq ölkələrindən olan araşdırmaçılar, kinomotoqrafistlər və jurnalistlər 300-ə qədər müraciət ediblər. Mükafat 2015-ci ildən başlayaraq Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan jurnalistlər, sənədli film rejissorlar, audiovizual peşəkarlarının fəaliyyətinə dəstək üçün verilir. ADAMI-nin hədəfi - miqrasiya, inteqrasiya, etnik, dini və mədəni müxtəlifliyi mövzularının işıqlandırılmasıdır.
ADAMI müsabiqəsinin rəhbəri Stefan Tolz alman xəbər agentliyi Deutsch Welle-yə müsahibə verib. O deyib ki, müsabiqədə beş ölkə iştirak edir: Belarus, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan. Həmişə bu ölkələrdəki problemlərdən olan filmlər maraqlı alınır, məsəlçün sərhəd münaqişələri.
Müsabiqəyə yollanmış filmlərədən biri Ermənistan və Azərbaycan arasında münaqişədən yox, erməni və azərbaycanlının dostluğundan bəhs edir. Filmdən bəlli olur ki, ermənilər və azərbaycanlılar, özü də tamam gənc tələbələr Tbilisidə yaşayır və dostluq edirlər. Digər filmdə (Film "təxirə salınmış dialoq" adlanır) söhbət iki qoca qarıdan söhbət gedir. Onların biri erməni, o birisi azərbaycanlıdır, onlar sovet dövründən dostluq ediblər, Azərbaycan-erməni sərhəddində yaşayırlar və 1990-cı ildən bəri he görüşməyiblər İki rejissor, biri Ermənistandan, biri isə Azərbaycandan həmin filmi çəkiblər. Filmdə Azərbaycandan olan rejissor öz adını gizli saxlayıb, çünki filmə görə ona problem yaranacağını düşünür.
Bizim mükafat rejissorların filmlərdə mürəkkəb mövzulara toxunması üçün yaradılıb və hər il mükafatımızın təqdimetmə mərasimində biz belə mövzuların vacibliyini vurğulayırıq. Biz hələ də ümüd edirik ki, təqdimetmə mərasimimizi bir gün Azərbaycan və Ermənistan telefirində göstərəcəklər, çünki belə münaqişələri ancaq yaradıcılıq və media yolu ilə, danışmaq üçün mövzular axtaraq həll etmək olar. Dialoq imkanlarını heç bir halda gözardı etmək olmaz.
Stefan Tolz həmçinin qeyd edib ki, müsabiqədə Belarusiyadan da çox maraqlı filmlər iştirak edir, onlardan biri Dima Dedokun underground mövzusunda çəkdiyi "Bataqlıqdan şeirlər" filmdir. Film Belarus etirazlarından bəhs etməsə də orada insanların azadlığa necə susadığını və necə müasir düşüncəli olduğunu göstərir.
Xatırladaq ki, ADAMI mükafatını "Civil Society Cooperation" adlı Almaniyanın xarici işlərinə bağlı olan proqram maliyyələşdirir. Mükafatın məqsədir mətbuatı nifrət və cahilliyin qarşısını almağa həvəsləndirmək, həmçinin müxtəlif ölkələrdən olan professionalları birləşdirən platformalar yaratmaqdır.