Dünya Səhiyyə Təşkilatının prezidenti: "Koronavirus dünyada qarşılaşdığımız son pandemiya olmayacaq"

Dünya Səhiyyə Təşkilatının prezidenti: "Koronavirus dünyada qarşılaşdığımız son pandemiya olmayacaq"
28 Dekabr 2020
Mətni dəyiş

Dünya Səhiyyə Təşkilatının (ÜST) prezidenti Tedros Adhanom Ghebreyesus bildirib ki, koronavirus dünyada qarşılaşdığımız son pandemiya olmayacaq: "İqlim dəyişikliyi və heyvan hüquqları uğrunda mübarizə aparılmasa, insan sağlamlığı epidemiyalara məhkum olacaq", - deyə o, vurğulayıb. 

Ghebreyesu koronavirusun bəşəriyyətin üzləşdiyi son epidemiya olmayacağını bildirib və bu səbəbdən ölkələri səhiyyə sistemlərini gücləndirməyə çağırıb.

Viruslar həyatın bir parçasıdır

ÜST prezidenti deyir ki, əgər insanların sağlamlığı hökumətlər və Vətəndaş Cəmiyyətləri tərəfindən daha yaxşı investisiyalarla dəstəklənərsə, uşaqlarımıza və onların uşaqlarına daha etibarlı, daha davamlı və daha xoşbəxt bir dünya bəxş edə bilərik: "Epidemiya müddətində ölkələrdə səhiyyə üçün pul xərclənir, ancaq epidemiya bitdikdə, növbəti mümkün epidemiyanın qarşısını almaq üçün heç bir şey edilmir. Bu, təhlükəli baxışdır və başa düşmək olmur", - deyə o, vurğulayıb.

Dünya viruslara hazırlıqlı deyil

Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankının ortaq qolu olan Qlobal Hazırlıq Monitorinqi Şurasının pandemiyadan bir neçə ay əvvəl ilk dəfə sentyabrda yayımlanan illik hesabatında dünyanın potensial dağıdıcı pandemiyaya hazır olmadığı qeyd olunmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun