DİN 37 koronavirus xəstəsinə yaşayış yerini tərk etdiyi üçün cinayət işi açıb

DİN 37 koronavirus xəstəsinə yaşayış yerini tərk etdiyi üçün cinayət işi açıb
15 Dekabr 2020
Mətni dəyiş
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Dekabrın 14-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 51 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb. Tibbi qaydalar gözlənilməklə onlardan 47 nəfər evə qaytarılıb, 3 nəfər xəstəxanaya yerləşdirilib. 37 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun