8 Dekabr 2020
Mətni dəyiş
Bütün ermənilərin katalkosu II Qaregin Ermənistan prezidenti Nikol Paşinyanı istefa verməyə çağırır.
Erməni Həvari Kiləsənin rəhbəri bəyan edib ki, erməni xalqı Qarabağ müharibəsindən sonra itkilərin ağrıları və acıları ilə yaşayır. Çoxsaylı qurbanlar və Qarabağın əsas hissəsinin itirilməsi xalqın bütövlüyü və həmrəyliyinə böyük zərbə vurub.
Ölkədə vəziyyətin hər gün pisləşməsi ilə əlaqədar Katalikos Erməni Yepiskoplar Şurası və Ali kilsə şurası ilə məsləhətləşmələr aparıb. Həmçinin o Ermənistan prezidenti, Parlament üzvləri və fərqli siyasi qüvvələrlə görüşlər keçirib.
"Narahatverici hadisələrdən tədirgin olaraq biz həmçinin baş nazir Nikol Paşinyan ilə görüşdük. Xarici və daxili çağırışlarla cəmiyyətdə get-gedə artan gərginliklərə görə, həmçinin baş nazirə ictimai etibarın aşağı səviyyədə olmasına görə biz onu səlahiyyətlərini təhvil verməyə çağırdıq. Bununla biz mümkün toqquşmalardan və faciəvi dəyişikliklərdən yayına bilərik", - deyə Katolikosun bəyanatında deyilir.
Xatırladaq ki, bundan Əvvəl Klikya Katolikosu I Aram da Paşinyanı istefaya çağırmışdı.