BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında COVID-19 pandemiyasının inkişaf etməkdə olan 47 ölkənin əksəriyyətinin iqtisadiyyatına son 30 ildə ən ağır və dağıdıcı təsir göstərdiyi bildirilib. Ticarət və İnkişaf Konfransının inkişaf etməkdə olan ölkələrlə bağlı hesabatında deyilib ki, dünyanın ən yoxsul ölkələri istehsal güclərini kəskin şəkildə artırmasa, mövcud vəziyyət yaxşılaşmayacaq və əksinə, 32 milyon yoxsul insanı daha da yoxsulluğa sürükləyəcək. Ticarət və İnkişaf Konfransının Afrika və LDC (ən az inkişaf etmiş ölkələr) şöbəsinin direktoru Pol Akivomi LDC-lərin iqlim dəyişikliyi, tənəzzül və indi də COVID problemlərinin öhdəsindən gələ bilmələri üçün iqtisadiyyatlarını inkişaf etdirməli, istehsal qabiliyyətlərini gücləndirmələrinin vacibliyini vurğulayıb. Akivomi bu ölkələrin produktiv insan gücü, kapital resursları və sahibkarlığı, habelə xidmət sektorları yaratmasının əhəmiyyətini qyed edib. O, bütün bunların həmin ölkələrin iqtisadiyyatlarını genişləndirməyə və inkişaf etdirməyə imkan verəcəyini bildirib.
Akivomi beynəlxalq dəstəyin olmamasının da problem olduğunu deyib. Onun dediyinə görə, maliyyənin azaldılması səbəbindən LDC-lər sosial sahədə inkişaf edə bilmir. Hesabatda Banqladeş, Kamboca, Efiopiya, Laos, Myanma, Nepal və Ruanda olmaqla, səkkiz LDC ölkəsi istehsal qabiliyyətlərini müasirləşdirib və daha yaxşı iqtisadi strukturlarına çevirib.
Hesabatda eləcə də Asiya LDC-lərinin istehsal güclərini artırdıqları və hal- hazırda ümumdaxil məhsul istehsalının 19%-ni və məşğulluğun 12%-ni təşkil etdiyi deyilib.