BMT Baş assambleyası Rusiyanı Krımdan çıxmağa çağırır

BMT Baş assambleyası Rusiyanı Krımdan çıxmağa çağırır
8 Dekabr 2020
Mətni dəyiş
Dekabrın 7-si BMT-nin Baş assambleyasının 75-ci sessiyasında Krım muxtar respublikasının militarizasiyası problemi ilə bağlı qətnamə qəbul olunub. Qətnaməyə görə Krım muxtar respublikası, Sevastopol şəhəri, həmçinin Qara və Azov dənizi akvatoriyasının rus hərbçilərindən təmizlənməsi tələb olunur. Sənədi 63 ölkə dəstəkləyib, 17 ölkə əleyhinə çıxıb (onların içində Ermənistan, Belarus, Çin, Qırğızıstan və Rusiya var) , 62 ölkə isə bitərəf qalıb. Qətnamədə Ukraynaya məxsus yarmadanı ilhaq etmiş Rusiya Federasiyasını "dərhal, tam və heç bir şərt irəli sürmədən öz silahlı qüvvələrini Krımdan çıxarmaq və təxirə salmadan Ukrayna torpaqlarının müvəqqəti işğalını dayandırmaq" tələb olunur. Bundan əlavə qətnamədə tələb olunur ki, Rusiya Krım əhalisinin RF Silahlı qüvvələrinə çağırılmasını dayandırsın, beynəlxalq humanitar hüququ pozmasın, həmçinin yarmadanın militarizasiyasına yol verməsin. Xatırladaq ki, bundan öncə də Avropa Birliyi Krımın anneksiyasını tanımadığını, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanımadığını bəyan etmişdi. Rusiya 2014-cü ilə Ukrayna ərazisi olan Krımı ilhaq edib və onu öz ərazisi kimi qələmə verir. Rəsmi Kiyev əksər ölkələr Ukrayna ərazisinin işğalını qınayır, Krımı Ukrayna ərazisi kimi tanıyır. Krımın işğalından sonra ABŞ, Avropa Birliyi, Avstraliya, Yeni Zellandiya və Kanada Rusiyaya qarşı ilk sanskiya paketini qəbul edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun