Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi uzadıldı

Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş karantin rejimi uzadıldı
5 Dekabr 2020
Mətni dəyiş

Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.

Operativ Qərargahdan bildirilib ki, buna uyğun olaraq, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-də saat 06.00-dək uzadılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun