Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
FIDE-nin rəsmi saytı xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.
Şəhriyar Məmmədyarov 8-ci pillədəki mövqeyini qoruyub. Onun aktivində 2 770 xal var.
2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.
Nicat Abbasov 2668 xalla bir pillə irəliləyərək, 71-ci sıraya yüksəlib. Qədir Hüseynov isə 2 665 xalla 1 pillə - 74-cü sıraya qalxıb. 2 654 xalı olan Rauf Məmmədovun da mövqeyində dəyişiklik olub. Şahmatçı 3 pillə irəliləyib və 92-ci sırada qərarlaşıb. Arkadi Naydiç isə irəliləyərək 2649 xalla 100-cü olub.
Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 823 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.
Qadınlardan 2 443 xalı olan Günay Məmmədzadə 31-ci sıradan 30-cu mövqeyə yüksəlib. 2 382 xala malik Gülnar Məmmədova 1 pillə geriləyərək 81-ci sırada yer alıb. 2 376 xalı olan Xanım Balacayeva da eyni sayda gerilmə ilə 90-cı yerə enib.