Azərbaycanda qələbə, ya “ikinci erməni dövlətinin” xilası günü?

Azərbaycanda qələbə, ya “ikinci erməni dövlətinin” xilası günü?
3 Dekabr 2020
Mətni dəyiş

Cəmiyyətdə sual edirlər: Azərbaycan əsl qələbə qazanıb, ya Qarabağın bir hissəsində Azərbaycan qanunlarının qüvvədə olmadığını, separatçı rejimin bayrağının qaldığını, onun rəhbərlərinin komandanlıq etdiyini, ermənilərin Qarabağda ikinci dövlətləri haqqında danışdıqlarını və hətta orada rus dilini “ikinci dövlət dili” elan etmək niyyətində olduqlarını nəzərə alaraq, müvəqqəti qələbədən danışmaq olar? Dünən Bakının nəzarəti altında olmayan regionda “Təhlükəsizlik Şurasının katibi” vəzifəsinə Vitali Balasanyanın – 1992-93-cü illərdə müharibənin fəal iştirakçısının, Xocalı soyqırımında əli olan komandirin təyin edildiyi barədə məlumat yayılıb. Ərazidə Gəncədə yaşayış məntəqələrini bombalamağı şəxsən əmr etdiyini bəyan edən Araik Arutyunyan komandanlıq edir. Rusiya sülhməramlıları operativ məsələləri onlarla həll edir, azərbaycanlıların Xankəndi ərazisinə və Qarabağda digər yaşayış məntəqələrinə daxil olmasına icazə vermir.

Milli Məclisin deputatı Rasim Musabəyov hesab edir ki, 10 noyabrın, deyil, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli Bəyanatının imzalandığı 9 noyabrın Qələbə Günü elan edilməsini müzakirə etmək olar. Və ya Şuşa şəhərinin azad edildiyi gün, noyabrın 8-də Qələbə haqqında düşünmək olar. Qarabağ regionunun bir hissəsində düşmən rejimin qalmasına toxunan R.Musabəyov deyib ki, Qələbə Gününün göstəriciləri haqqında fərqli fikirlər ola bilər: bəziləri Azərbaycan Milli Məclisinə erməni nümayəndələrin seçildiyi gündən saya bilər, digərlər Xankəndində Azərbaycan bayrağının qaldırılması Gününə üstünlük verər.

“Amma ermənilər və bütün dünya üçtərəfli Bəyanatı məhz Ermənistanın kapitulyasiya aktı kimi qiymətləndirir, buna görə də mən noyabrın 10-nu Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi Günü hesab edirəm.

Müsavat Partiyasının sədri Arif Hacılı Turan-la telefon söhbətində bilirib ki, noyabrın 10-nu qətiyyən qələbə günü hesab etmir, belə ki, Bəyanatın imzalanması ilə 28 il sonra rus ordusu Azərbaycana qayıdıb. Ermənistan ordusu ilə birlikdə ruslar Qarabağda erməni hakimiyyətini dirçəldir, separatçıların nəzarəti altında olan əraziləri “Dağlıq Qarabağ respublikası” adlandırır.

“Bu akt Azərbaycan xalqından xəbərsiz imzalanıb. Azərbaycan ordusunun qələbəsindən ölkəmizdə erməni hakimiyyətini saxlamaq üçün istifadə ediblər. Qələbə Günü elan edilməsini tamamilə yersiz və tarixi reallığı əks etdirməyən addım hesab edirik”, deyə Müsavat Sədri bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının deputatı Eldar İbrahimov öz partiyasının saytına müsahibəsində bildirib ki, noyabrın 10-u Azərbaycan xalqının tarixi yaddaşına ona görə yazılıb ki, həmin gün ölkə ordusu 30 illik işğala son qoyub və dövlətin ərazi bütövlüyünü bərpa edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun