Azərbaycan Yurddaş Partiyasının sədri, sabiq deputat Mais Səfərli koronavirusdan vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.
2000-ci ildə Milli Məclisin II çağırış deputatı olan M. Səfərli 1993-cü ildən Azərbaycan Yurddaş Partiyasının sədri idi.
Azərbaycan Yurddaş Partiyası siyasi partiyadır, Mais Səfərli tərəfindən qurulub və 1993-cü il martın 12-də dövlət qeydiyyatına alınıb. Partiyasının sədri 1993-cü ildən 2020-ci ilədək Mais Səfərli olub. Mais Səfərli 1958-ci ildə doğulub və o siyasətlə məşqul olub.