Azərbaycanda koronavirusa 4403 yeni yoluxma

Azərbaycanda koronavirusa 4403 yeni yoluxma
9 Dekabr 2020
Mətni dəyiş

Azərbaycanda koronavirus infeksiyasına 4403 yeni yoluxma faktı qeydə alınıb, virus testi müsbət çıxmış 42 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 2919 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İndiyədək ölkədə ümumilikdə 158 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 96 330 nəfər müalicə olunaraq sağalıb, 1 755 nəfər vəfat edib, aktiv xəstə sayı 60 470 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 066, ötən müddət ərzində isə ümumilikdə 1 884 578 test aparılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun