Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan "Hərbi vəziyyətin ləğv olunması haqqında" Fərmanının təsdiq edilməsi məsələsi Milli Məclisdə müzakirə olunacaq.
Bu barədə MM-dən məlumat verilib.
Məsələ Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında müzakirəyə çıxarılacaq.
Sentyabrın 27-si Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalamışdı.