Avropa Birliyi Ukraynaya yardım etdi

Avropa Birliyi Ukraynaya yardım etdi
10 Dekabr 2020
Mətni dəyiş
Avropa Birliyi Ukraynaya 600 milyon avroluq makro-maliyyə yardımını təsdiq edib. 
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 10-da özünün "Tvitter" hesabında məlumat verib.
"Ukraynaya 600 milyon avro məbləğində maliyyə yardımı ayırdığına görə, Avropa Birliyindəki partnyorlarımıza, şəxsən Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə, Avropa Komissiyası sədrinin icraçı müavini Valdis Dombrovskisə təşəkkür edirəm. Bu, Avropanın Ukraynanın iqtisadi sabitliyinə və islahatların gələcək gedişatına göstərdiyi dəstəkdir", - deyə Zelenski bildirib.
Ukrayna rəsmiləri bildiriblər ki, bu maliyyə yardımı sayəsində "Covid-19" pandemiyasının yaratdığı böhranlı situasiya zamanı Ukraynada makro-maliyyə sabitliyi güclənəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun