Avropa Birliyi pandemiya ilə mübarizədə Gürcüstana 375 milyon avro yardım edib

Avropa Birliyi pandemiya ilə mübarizədə Gürcüstana 375 milyon avro yardım edib
14 Dekabr 2020
Mətni dəyiş
Bu gün Avropa Birliyi Gürcüstana COVİD-19 böhranını aradan qaldırmaq üçün 60 milyon avro yardım ayırdığını bəyan edir. Bu pul gürcü hökümətinin koronavirusla mübarizə üçün böhran əleyhinə proqramı çərçivəsində ayrılıb. Bu haqda məlumatı AB-nin Gürcüstandakı nümayəndəliyi yayıb. AB-nin Gürcüstandakı səfiri Karl Harzel deyib ki, yeni ayrılmış 60 milyon avro Avropa Birliyi və Avropa qrupunun bu il yazdan başlayaraq pandemiyayla mübarizədə və həmçinin yeni şəraitlə bağlı gürcü vətəndaşlarına yardım üçün Gürcüstana ayırdığı 375 milyon avro vəsaitin növbəti hissəsidir. Ayrılan pulun təyinatına gəldikdə isə Karl Harzel vəsaitin Gürcüstanda pandemiyanın neqativ nəticələrinin aradan qaldırılması, gəlir mənbəyini itirənlərə yardım edilməsi, iş yerlərinin qorunub saxlanılması, biznesin dəstəklənməsi və səhiyyə sisteminin möhkəmləndirilməsinə xərcləniləcəyini deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun