ABŞ prezidenti Donald Tramp hakimiyyətin yeni seçilmiş prezident Cozef Baydenin yeni administrasiyasına dinc yolla ötürülməsini təmin edəcək.
Bunu Ağ Ev rəsmisi Louresn Kadlou "Vaşinqton Post" qəzetinə müsahibəsində deyib.
Jurnalistin hakimiyyətin Trampdan Baydenə ötürülməsinin dinc yolla baş tutub-tutmayacağı barədə sualına o, belə cavab verib: "Bilirəm ki, hakimiyyət dinc yolla ötürləcək”. O, əlavə edib ki, Co Baydenin gələn il yanvarın 20-də baş tutacaq andiçmə mərasimi zamanı Donald Trampın nə işlə məşğul olacağını bilmir: "Hər şey onun özündən asılıdır”.
Ağ Ev rəsmisi bildirib ki, 3 noyabr seçkilərinin nəticələrinə görə, o, Trampı "küskün prezident” saymır. "Mən seçkilərdə mümkün saxtakarlıqların üstünü açmağa önəm verən prezident görürəm”, - deyə Kadlou söyləyib.