Abxaziyada yaşayan gürcü bu ölkənin bayrağını yandırdığı üçün 9 illiyinə həbs edilib

Abxaziyada yaşayan gürcü bu ölkənin bayrağını yandırdığı üçün 9 illiyinə həbs edilib
10 Dekabr 2020
Mətni dəyiş
Tanınmamış Abxaziya Respublikasının Qali regionunda yaşayan miliyyətcə gürcü İrakli Bebua Abxaziya bayrağını ictimai şəkildə yandırdığı üçün bu gün doqquz illik həbsə məhkum edilib. Bundan əlavə məhkəmə onu "qeyri-qanuni silah əldə etmə və saxlama" maddəsi ilə də təqsirkar bilib. Hadisə sentyabr ayının 30-u günü Abxaziyada "Zəfər və Müstəqillik günü" keçirilərkən baş verib. Bebu yerli mədəniyyət evinin qarşısında asılmış tanınmamış Abxaziya Respublikasına məxsus bayrağı endirərək üzərinə benzin töküb yanıdırıb. O həbs olunandan sonra evinə baxış keçirilərkən evində RQ-42 əl qumbarası tapılıb. Bebua məhkəmədə deyib ki, o bayrağı yandırıb və bunu "işğal edilmiş Abxaziyanın müstəqillik gününün keçirilməsinə etiraz olaraq edib". O qeyri-qanuni silah saxlama və evində əl qumbarası olmasını inkar edib. Bebua sosial şəbəkədə yaydığı videoda öz etirazını bildirib və abxaz xalqı ilə gürcü xalqının yenidən birgə yaşamasına çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun