Bu il ABŞ 175,08 milyard dollar həcmində silah ixrac edib. Bu da ötən illə müqayisədə 2,8 faiz çoxdur.
Xəbəri Dövlət Departamenti yayıb.
Qeyd olunub ki, hökumətlərarası müqavilələr çərçivəsində xaricə silah tədarükü 54 milyard ABŞ dolları təşkil edib.
ABŞ-ın ən böyük müştəriləri Yaponiya, Mərakeş, İsrail, Sinqapur, Misir, Fransa, İndoneziyadır.