ABŞ-ın "Moderna" şirkətinin koronavirusa qarşı hazırladığı vaksinin 100% effektiv olduğu məlum olub.
Bu barədə noyabrın 30-da "Fox News" xəbər yayıb.
İlkin analizlərdən sonra müəyyən edilib ki, vaksinin effektivliyi 94,1%, xəstəliyin ağır hallarında isə 100% olub.
"Moderna" 100% effektiv olan hələlik yeganə vaksindir. İndiyədək bir neçə vaksinin də effektiv olduğu məlum olub, onların effektivliyi 90-95% arasında dəyişir.