ABŞ-da yetim qalan azərbaycanlı uşaqlar üçün kampaniya başladıldı

ABŞ-da yetim qalan azərbaycanlı uşaqlar üçün kampaniya başladıldı
9 Dekabr 2020
Mətni dəyiş
ABŞ-da fəaliyyət göstərən türk və azərbaycanlı icmalar tərəfindən Qarabağda 27 il ərzində baş verən müharibələr və işğal nəticəsində yetim qalan uşaqlar üçün kampaniyaya start verilib. 
"Anadolu Agentliyi"nin dekabrın 9-da verdiyi xəbərə görə, Türk Amerikan İdarə Komitəsi, Amerika Azərbaycan İcmaları Konqresi, ABŞ Azərbaycan Şəbəkəsi və Qarabağ Fondunun birgə həyata keçirəcəyi kampaniyada toplanan vəsait müharibə nəticəsində yetim qalan uşaqların təhsilinə xərclənəcək.
Kampaniya üzvlərinin sosial şəbəkələrdə yaydığı məlumata görə, Qarabağdakı 27 il davam edən müharibə şərtləri və işğal nəticəsində 50 min insan ölmüş, 100 min uşaq yetim qalmış, 750 mindən çox insan isə məcburi köçkünə çevrilmişdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun