Tramp administrasiyası etnik azlıqların əməyindən məcburi istifadə etdiyi üçün Çin dövlətinin nəzarətində olan şirkət tərəfindən istehsal olunan pambıq məhsullarının idxalına qadağa qoyub.
Gömrük və Sərhəd Mühafizə Agentliyi çərşənbə günü Sincanın Qoruma və İnşaat Korpusunun mallarının ABŞ-a göndərilməsinin dayandırılmasına göstəriş verib. Agentlik eləcə də ABŞ şirkətlərinin Çinin pambıq məhsulları idxal edən Sincan İstehsalat və İnşaat Korpusundan (XPCC) mal almadıqlarını və ya təchizat zəncirinə daxil olmadıqlarını sübut etmələrini tələb edib.
Sincan dünyanın ən böyük və ən məşhur geyim markalarının çoxunun istifadə etdiyi əsas pambıq və tekstil mənbəyidir. Sincan İstehsalat və İnşaat Korpusu 2015-ci ildə Çin pambığının 30% -ə qədərini istehsal edirdi.
ABŞ-ın Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olan Gömrük və Sərhəd Mühafizə Orqanının direktor müavini vəzifəsini icra edən Ken Kuçinelli açıqlamasında "Made in China" etiketi olan hər hansı paltarın hazırlanmasında "qul əməyi" olduğu üçün "xəbərdarlıq etiketi" olaraq qəbul edilməli olduğunu deyib.
“Çinin Sincan regionundakı məcburi əməkdən sui-istifadə hər bir Amerika şirkətini və istehlakçısını narahat etməlidir. Məcburi əmək insan haqlarının pozulmasıdır və qlobal tədarük zəncirlərinə haqsız rəqabət gətirir” - deyə, Gömrük və Sərhəd Mühafizə Orqanının direktoru vəzifəsini icra edən Mark Morqan bildirib.
Qadağa Sincanda bir qrup insanın, əsasən də uyğur müsəlmanlar və qazax azlıqları olmaqla, fabriklərdə, pambıq təsərrüfatlarında, tekstil fabriklərində və qara işlərdəçalışan insanların bu proqramlara necə cəlb olunduğunu sənədləşdirən son araşdırmaların nəticələrindən sonra tətbiq edilib.