Birləşmiş Ştatlar özünün Bağdaddakı səfirlyinin bəzi əməkdaşlarını müvəqqəti evakuasiya edəcək.
Bu, ölkədə İran və və İraq silahlı dəstələri ilə bağlı vəziyyətin gərginləşməsi ilə əlaqədardır.
ABŞ səfiri Metyu Tueller dekabrın 3-də deyib ki, missiya əməkdaşlarının ixtisari müvəqqəti addımdır.
Səfirliyin Facebook səhifəsində verilmiş videoda Tueller deyir ki, onun özü, əsas diplomatlar və hərbi müşavirlər yaxın gələcəkdə səfirlikdəki işlərini davam etdirəcəklər.
Azadlıq Radiosu yazır ki, ABŞ-ın Bağdaddakı səfirlyinin bir neçə yüz əməkdaşından nə qədərinin təxliyə edildiyi bilinmir.
Bu da qeyd olunur ki, gərginliyin artması ABŞ-da prezident seçilmiş Co Bayden administrasiyasının hakimiyyəti qəbul etməsi ərəfəsində prezident Donald Trampın İran üzərinə təzyiqləri gücləndirdiyi zamana təsadüf edir.
Bayden bildirib ki, o İran və dünyanın 6 gücü arasında imzalanmış nüvə sazişinə qayıdılması üçün səy göstərəcək.
Donald Tramp ABŞ-ı 2018-ci ildə bu müqavilədən birtərəfli qaydada çıxarıb.
Nüvə aliminin qətli
Region boyunca gərginliyin artması habelə ötən həftə Tehranda İranın nüvə alimi Mohsen Fəxrizadənin sui-qəsd nəticəsində öldürülməsi ilə bağlıdır.
İran bu qətlə görə İsraili, habelə dolayısı ilə ABŞ-ı ittiham edib. Bu səbəbdən İranın və ya onun regionda dəstəklədiyi qruplaşmalardan birinin bu qətlə cavab verə biləcəyindən ehtiyatlanmalar var.
ABŞ rəsmiləri bidliriblər ki, Vaşqinton habelə İranın və ya onun İraqda dəstəklədiyi silahklı qruplşmalıarın ötən ilin yanvarında dron zərbəsi ilə öldürülmüş general Qasem Süleymaninin vəfatının birinci ildönümündə zərbə endirə biləcəyindən narahatdır.
Amma şərhçilər bidlirirlər ki, Bağdad səfirliyindəki əməkdaş ixtisarı Donald Trampın ötən ay ABŞ-ın İraqdakı hərbçilərinin sayını gələn yanvarda 3 mindən 2500 endirmək barədə verdiyi fərmanla eyni vaxta təsadüf edir.
Ötən sentyabrda ABŞ İraq xəbərdarlıq etmişdi ki, bu ölkədə onun və müttəfiqlərinin maraqlarına raket və başqa hücumlar dayandırılmasa Bağdaddakı səfirliyini bağlaya bilər.