30 Dekabr 2020
Mətni dəyiş
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 331,2 milyon ABŞ dolları dəyərində 20,6 min ton əczaçılıq məhsulları idxal edib.
Bu haqda Dövlət Gömrük Komitəsi məlumat yayıb. Məlumatda deyilir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 68,3 milyon dollar (26 %) və 6,1 min ton (42,1 %) çoxdur.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 3,4 %-ni təşkil edib.