Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Bu barədə məlumatı “RİA Novosti” yayıb.
Səfər dekabrın 10-da baş tutacaq. R.T.Ərdoğan Bakıda Qələbə paradında iştirak edəcək.
Qələbə paradında Ermənistandan ələ keçirilmiş hərbi qənimətlərin də nümayiş olunacağı gözlənilir. Bu, Qarabağın işğaldan azad edilməsindən sonra ilk parad olacaq.