Yerevanda müxalifət yeni mitinq təyin etdi

Yerevanda müxalifət yeni mitinq təyin etdi
12 Noyabr 2020
Mətni dəyiş

Ermənistan müxalifəti noyabrın 12-si (bu gün) saat 17:00-da Yerevanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yürüş-mitinq keçirməyi planlaşdırır.

“TASS” verir ki, bu barədə müxalifət qüvvələrinin nümayəndələri bildirib:

“Hakimiyyət bizim qanuni tələblərimizə repressiyalarla cavab verdi. Etiraz hərəkatının liderləri güc strukturları tərəfindən saxlanılıb. Vətəninə biganə olmayan hər kəs saat 17:00-da yürüşə gəlin. Bizim tələbimiz Paşinyanın istefasıdır. Lakin biz Ermənistanda siyasi məhbusların azadlığı uğrunda da mübarizə aparacağıq”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun