Yeni vaksin erkən sınaqlarda uğurlu nəticələr göstərib

Yeni vaksin erkən sınaqlarda uğurlu nəticələr göstərib
25 Noyabr 2020
Mətni dəyiş

Britaniyanın Oksford Universiteti və AstraZeneca əczaçılıq şirkəti tərəfindən hazırlanmış koronavirus peyvəndi erkən sınaqlarda uğurlu nəticələr göstərib. Peyvənd dünyanın hər yerində virusun sürətli yayılmanın qarşısını almaq üçün əlverişli hesab edilir.

İngiltərə və Braziliyadan 20 min könüllünün iştirak etdiyi sınaqların erkən təhlili Okford Universiteti-AstraZeneca koronavirus peyvəndinin iki dozadan sonra ən az 70% təsirli olduğunu göstərib. Fərqli bir doza rejimi verilən könüllülərdə - yarım doza, sonra da tam doza vurulduqda bu rəqəm 90-%-ə yüksəlib. Peyvənd vurulanların heç birində ciddi COVID-19 inkişaf etdirməyib.

“Artıq bir çox peyvənd əldə etməyimiz çox yaxşı bir haldır. Onları ən qısa zamanda yaya bilsək, böyük təsir göstərə bilərik” Oksfordun vaksin qrupunun direktoru Endrü Pollard bildirib.

AstraZeneca tənzimləyici orqanların təsdiqini əldə etsə, ilin sonuna yüz milyonlarla doza vaksin hazırlamağı planlaşdırır. Həkimlər peyvəndin müxtəlif xüsusiyyətlərinə görə onu qlobal yayım üçün əlverişli adlandırır.

“Birincisi məsrəflərdir. Beləliklə, bu vaksin digər qabaqcıl peyvənd hazırlayan namizədlərindən bəziləri - Pfizer və Moderna kimi şirkətlər tərəfindən təxminən beşdə bir ilə onda bir arasında qiymətləndirir” - deyə, Piter Drobak bildirib.

AstraZeneca pandemiya dövründə peyvənddən qazanc götürməyəcəyinə söz verib.

“Hindistan da daxil olmaqla, on ölkədə artıq vaksinlər istehsal olunur. Beləliklə, çox sayda dozanın tez bir zamanda istifadəyə veriləcəyinə ümid edirik. Üçüncüsü, bu peyvəndin yalnız soyuducuda saxlanmasına ehtiyac var” - deyə, Oksford Universitetinin Qlobal Sağlamlıq Mərkəzinin direktoru Piter Drobak bildirib.

Pfizer isə peyvəndi Selsi ilə mənfi 70 dərəcədə saxlamağı tələb edir.

İnkişaf etməkdə olan ölkələrdə bir çox sağlamlıq sistemində dərmanları ultra-soyuq temperaturda saxlamaq üçün soyuducu qurğular yoxdur.

İndiyə qədər 188 ölkə COVAX adlı bir təşəbbüsə imza atıb - burada daha zəngin ölkələr bir neçə peyvəndin inkişaf etdirilməsinə və bunların dünya miqyasında yayılması üçün lazımlı infrastruktura investisiya yatırırlar.

"Mükəmməl bir dünyada məqsəd COVAX-a üzv olan hər bir ölkənin 2021-ci ilin sonuna qədər əhalisinin 20% üçün kifayət qədər peyvənd alması olacaq. İndi bu, əlbəttə ki, istəkdir, zəmanət deyil. Lakin bu, hər bir ölkəyə azı ən həssas qruplar, səhiyyə işçiləri və s. əhatə etməyə başlamağa imkan verəcək”, Drobak bildirib

Qarşıdan gələn həftələrdə peyvənd namizədləri tənzimləyici orqanların təcili təsdiqini ala bilər. Bu, dünyanın pandemiyaya qarşı mübarizədə böyük bir sıçrayış ərəfəsində olması ümidlərini artırır.

Həkimlər isə bu müddət ərzində virusun yayılmasına mane olmaq üçün insanların ölçülərə riayət etməsinin vacibliyini önə çəkir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun