Xameneyi ABŞ seçkisini ‘tamaşa’ adlandırır

Xameneyi ABŞ seçkisini ‘tamaşa’ adlandırır
6 Noyabr 2020
Mətni dəyiş

İranın ali rəhbəri ayətüllah Əli Xameneyi ABŞ prezident seçkisindəki gərgin rəqabəti “tamaşa” adlandrııb və deyib ki, bu, Amerika demokratiyasının zəifliyindən xəbər verir.

ABŞ-da seçki məntəqələrinin bağlanmasından 24 saat sonra indiki prezident Donald Trump və onun demokrat rəqibi Joe Biden arasında gedən yarışda kimin qalib olduğu hələ də bilinmir.

Trump bundan əvvəl dəlillər göstərmədən poçtla səsvermədə saxtakarlığa yol verildiyi barədə iddialar irəli sürüb.

Bundan əvvəl prezidentin Miçiqan və Viskonsin ştatlarındakı üstünlüyü azalmağa başlayıb.

Biden deyib ki, hər bir amerikalının səsi sayılmalıdır və onun kampaniyası lazım gələrsə, Trump kampaniyasından hüquqi müstəvidə müdafiə olunacaq.

İranın özündə də prezident seçkisi sadə olmur

Ayətüllah Xameneyi özünün Twitter hesabında yazıb:

"Deyirlər ki, bu, ABŞ tarixində ən saxtakar seçkidir. Bunu kim deyir? Hazırda prezidnet vəzifəsində olan şəxs. Onun rəqibi isə deyir ki, Trump seçkini saxtalaşdırmaq istəyir. ABŞ seçkisi və demokratiya budur!”

Bundan əvvəl, həftənin əvvəllərində İranın ali rəhbəri demişdi ki, bu seçkidə kimin qalib gələcəyi Vaşinqton-Tehran münasibətlərini dəyişməyəcək.

Trump 2018-ci ildə ABŞ-ı birtərəfli qaydada 2015-ci ilin nüvə sazişindən çıxarıb.

Dünyanın altı gücü və Tehran arasında imzalanmış bu saziş Tehrana öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində onun üzərindəki sanksiyaların qaldırılması imkanı yaradırdı.

Namizəd Biden deyib ki, o prezident seçilrəsə, ABŞ bu sazişə yenidən qayıdacaq.

İranda prezident seçkisi gələn iyunda keçirilməlidir. İki müddət hakimiyyətdə olmuş prezident Həsən Ruhani namizədliyini irəli sürə bilməz.

Bəzi təhlilçilər bildirirlər ki, İranın növbəti prezidenti sərt xətti-hərəkət tərəfdarı ola bilər.

İranda 2017-ci ildə keçirilmiş prezident seçkisindən sonra əsas namizəd, mühafizəkar Ebrahim Rəisi seçkinin saxtalaşdırıldığını iddia etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun