Hormonlar bütün orqanizmin işini nizama salan kimyəvi vasitələridir. Sual ortaya çıxır: xəstəlik zamanı hormonal preparatları tətbiq etmək olarmı?
"Report" xəbər verir ki, həkim-endokrinoloq Svetlana Botaşeva "Sputnik"ə müsahibəsində bu sualları cavablandırıb.
Endokrinoloq qeyd edib ki, estrogen, kortizol, D vitamini, testosteron, proqesteron, melatoninin və digər hormonların olmaması və ya normadan çox olması həm xarici görünüşə, həm də sağlamlığa təsir edir.
"Məsələn, kortizol əhəmiyyətli hormondur, stress hormonudur. Onun orqanizmdə artımı zamanı qan təchizatı pisləşir, saçlar tökülməyə başlayır, biz üz dərisində, bədəndə hiperpiqmentasiya görürük”, - Svetlana Botaşeva bildirib.
O, vurğulayıb ki, orqanizmdə hansı vəziyyətdə hormonların çatışmadığını və əksinə, hansıların normadan artıq olduğunu bilmək üçün mütləq qan analizləri vermək və həkimlə məsləhətləşmək lazımdır.
"Heç bir halda hormonları özbaşına qəbul etmək olmaz. Bunlar insan orqanizminin bütün funksiyalarını idarə edən aktiv maddələrdir. Hormonların azlığı və ya çoxluğu güclü naxoşluq yarada bilər. Bundan başqa, hamıya hormonal preparatları təyin etmək olmaz, əks nəticələr ola bilər. Qan qatılaşdıqda əlavə hormonların hesabına vəziyyəti daha da ağırlaşdırırıq", - həkim qeyd edib.