Veteranlar Günü ciddi məhdudiyyətlərlə qeyd ediləcək

Veteranlar Günü ciddi məhdudiyyətlərlə qeyd ediləcək
9 Noyabr 2020
Mətni dəyiş

Amerikalılar bu il Veteranlar Gününü koronavirus pandemiyası gərginliyi və prezident seçkiləri vaxtında qeyd edir.

Veteranlar Günü hər il noyabrda qeyd olunur. Bu, 1918-ci ildə Almaniyanın təslim olması ilə Birinci Dünya Müharibəsi bitdikdən sonra başlayan bir ənənədir.

ABŞ-da Veteranlar Günü əvvəllər Birinci Dünya Müharibəsinin bitməsi münasibətilə Barışıq günü adlanırdı. Lakin Konqres 1926-cı ildə bu günün hər il qeyd edilməsi ilə bağlı qanun qəbul edib.

1938-ci ildə noyabrın 11-i ölkə səviyyəsində bayram kimi qeyd edilməyə başlayıb.

ABŞ silahlı qüvvələrində xidmət etmiş hər kəsə hörmət günü ölkənin müxtəlif yerlərində mərasimlər, hərbi dəstələr və paradlarla qeyd olunur. Bununla birlikdə bu il koronavirus pandemiyası səbəbindən bir çox tədbir ləğv edilib və ya virtual formata keçiriləcək.

Florida ştatının Orlando, Texasın San Antonio və Pennsilvaniyanın Pittsburq şəhərlərində paradlar təxirə salınıb.

Arlinqton Milli Qəbiristanlığındakı Milli Veteranlar Günü Mərasimi ictimaiyyət üçün açıq olmayacaq, lakin döyüşlərdə qalıqları müəyyən olunmayan ABŞ hərbçilərinin şərəfləndirilməsi mərasimi Naməlumlar Türbəsindən canlı yayımlanacaq.

Virtual anım tədbirləri Vaşinqtonda Vietnam Veteranları Anımı və Nyu Cersi Vyetnam Veteranları Anımı da keçiriləcək.

Texas səlahiyyətliləri yalnız təkərli nəqliyyat vasitələrinin yürüşü ilə Memorial Motorcade adlandırılan parad keçirəcək. Nyu York-da Veteranlar Günü virtual tədbirlərlə yanaşı, sosial məsafə qorunmaqma bir sıra canlı tədbirləri də əhatə edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun