Ermənistanın Azərbaycanla, Dağlıq Qarabağda gedən müharibəyə Rusiyanın özəl hərbi şirkətinin (ÖHŞ) muzdlularını cəlb etdiyi deyilir. Bu barədə Turan agentliyinə etibarlı mənbədən informasiya daxil olub.
Məlumata görə, əsasən Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 300 üzvündən ibarət qrup Rusiyadan Ermənistana, ordan isə Şuşaya göndərilib.
Oktyabrın 1-də “Azadlıq” radiosu vaqnerçilərin özlərinə istinadən məlumat verib ki, onlar artıq Qarabağdadır və döyüşlərdə iştirak edirlər. Bunlar əsasən regiona göndərilmək üçün ən qısa müddətdə səfərbər edilmiş TƏİR (tank əleyhinə idarə olunan raket) operatorlarıdır.
“Azadlıq” radiosundakı mənbə bildirir ki, “Vaqner”in ilk döyüşçüləri Dağlıq Qarabağa hələ avqustun sonu - sentyabrın əvvəllərində gəliblər.
Hələlik bu məlumatın müstəqil təsdiqi yoxdur, lakin əvvəllər Suriyada vaqnerçiləri müşayiət edən rusiyalı jurnalistlər Qarabağda aktiv fəaliyyət göstərirlər.
Türkiyə prezidenti də bu barədə danışmışdıSentyabrın 26-da, o cümlədən Ermənistanda da keçirilən Rusiya “Qafqaz 2020” hərbi təliminin son günündə Yerevanda RF Müdafiə Nazirliyinin An-124-100 hərbi hərbi Yerevana təyyarəsi enib. Versiyalardan birinə görə, o, Ermənistana “Top M-2” və “Pantsir-C2” HHM sistemlərini gətirə bilərdi.
Bu təyyarə Ermənistana Rostovdan uçub, onun 300 kilometrliyində Molkinoda “Vaqner”in bazası yerləşir.
Məqalədə deyilir ki, Rusiya Müdafiə Nazirliyinin vaqnerçiləri Dağlıq Qarabağa göndərmək planları barədə RBK hələ 2016-cı ilin yayında FTX-nın adı açıqlanmayan zabitinə istinadən yazıb.
Bundan əlavə, Şuşada muzdlu terrorçuların olması haqda prezident Ərdoğan oktyabrın 27-də telefonla prezident Putinə məlumat verib.
“Kəşfiyyat xidmətlərinin dəqiq məlumatlarına görə, Şuşada 2 min PKK terrorçusu var və Ermənistanın tərəfində döyüşürlər. Onlara 600 dollar pul verirlər”, - Ərdoğan Putinə bildirib.
'Vaqner' qrupu kimindir? [caption id="attachment_89888" align="alignleft" width="1500"] Yevgeni Priqojin və Putin[/caption]"Vaqner" şirkətinin muzdlu əsgərləri Ukraynanın şərqində, Suriya və Afrikadakı münaqişələrdə Rusiyanın maraqları uğrunda döyüşürlər.
Bu özəl hərbi şirkətin rəhbəri rusiyalı oliqarx Yevqeni Priqojindir. Müstəqil mediada “Putinin aşpazı”, Rusiya prezidentinin dostu kimi adlandırılır.
Kremlə və şəxsən prezidentə iaşə xidməti göstərdiyinə görə “Putinin aşpazı” ləqəbini qazanmış Yevqeni Priqojinə bağlı şirkətlər 2011-ci ildən Rusiya boyunca təhsil ocaqlarını, tibb və dövlət müəssisələrini yeməklə təchiz edir.
9 il ərzində “Putinin aşpazına” bağlı şirkətlər 209 milyard rubl (3 milyard dollar) dəyərində 5 mindən artıq dövlət kontraktı imzalayıb.
Bundan başqa 2016-cı il ABŞ seçkisinə müdaxilədə ittiham olunan Peterburq “trol fabrikinin” və Vagner özəl hərbi şirkətinin də Prigozhin-ə bağlı olduğuna inanılır.
Yevgeny Prigozhin ABŞ-ın sanksiya siyahısına daxil edilib.