ÜST: Tək bir peyvəndlə koronavirus pandemiyasına son qoyulmayacaq

ÜST: Tək bir peyvəndlə koronavirus pandemiyasına son qoyulmayacaq
17 Noyabr 2020
Mətni dəyiş

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus bazar ertəsi deyib ki, tək bir peyvənd koronavirus pandemiyasına son qoymayacaq, bunun qarşısının alınmasında cəmiyyətlər və fərdlərin də böyük rolu olmalıdır.

O bu açıqlamanı ABŞ-ın əczaçılıq şirkəti Moderna-nın hazırladığı eksperimental peyvəndin yoluxucu xəstəliyə qarşı 94,5 faiz effektiv olduğunu elan etməsindən sonra verib.

Ümumdünya Səhiyyə Təşkilatının icra heyəti ilə video vasitəsi ilə danışan Tedros Gebreyesus peyvəndin virusa qarşı istifadə edilən vasitələri əvəz etməyəcəyini, onlara əlavə olunacağını qeyd etməyin vacibliyini vurğulayıb.

O, peyvənd təsdiq edildikdən və paylanmağa hazır olduqdan sonra ehtiyatların əvvəlcə məhdud olacağını bildirib. Tedros əvvəlcə səhiyyə işçilərinə, yaşlı insanlara və risk qruplarında olan insanlara üstünlük veriləcəyini, bununla da ölüm halları və səhiyyə sistemlərində gərginliyin azaldılacağına ümid edildiyini deyib.

"Hələ də virusun yayılması imkanları çoxdur" - deyə, o əlavə edib.

Tedros testlərə, təmasın izlənilməsi və təcridə ehtiyac olacadığını, icmaların və fərdlərin tədbir almağa davam etmələrinin zəruri olacağını deyib.

O, ÜST-ə üzv ölkələrin yüksək səviyyəli səhiyyə rəsmilərindən ibarət icra heyətini ölkələrin COVID-19-la mübarizə tədbirlərini davam etməsində və agentliyin onlara necə dəstək verə biləcəyini bildirməsində rol oynamağa çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun