ÜST: "Azərbaycanda antibiotiklərin sərbəst satışı məhdudlaşdırılmalıdır"

ÜST: "Azərbaycanda antibiotiklərin sərbəst satışı məhdudlaşdırılmalıdır"
24 Noyabr 2020
Mətni dəyiş
Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışının qarşısı alınmalıdır. Bunu noyabrın 24-də Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında çıxış edən Harmancı bildirib ki, insanları antibiotiklərdən istifadədən çəkindirmək əvəzinə, aptek şəbəkələri bunların sərbəst satışını həyata keçirir, bu məhdudlaşdırmalıdır.
"Bunun üçün müəyyən işlər aparılmalı, əhali maarifləndirilməlidir”, - deyə Harmancı vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun