Ukrayna Prezidenti Zelenskinin COVID-19 testi müsbət çıxıb

Ukrayna Prezidenti Zelenskinin COVID-19 testi müsbət çıxıb
11 Noyabr 2020
Mətni dəyiş

Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi COVID-19 testi müsbət nəticə verən ən son dünya liderlərindən biri oldu.

Zelenski bu barədə açıqlamanı Tvitter hesabında paylaşıb. “COVID-19-un təhlükə yaratmadığı xoşbəxt insanlar yoxdur. Bütün karantin tədbirlərinə baxmayaraq testim müsbət nəticələndi. Özümü yaxşı hiss edirəm və çoxlu vitamin qəbul edirəm. Özümü təcrid edəcəyimi vəd edirəm, ancaq işləməyə davam edəcəm. Çox insan kimi COVID19-a qalib gələcəyəm. Yaxşı olacaq!”, o, tvitində yazıb.

Bundan bir qədər sonra Ukrayna prezidenti aparatının rəhbəri Andriy Yermak Facebook səhifəsində onun özünün də koronavirusa yoluxduğunu bildirib. Yermak özünü “normal” hiss etdiyini və özünü təcrid edərək işə davam edəcəyini qeyd edib. O hər kəsi COVID-19 qaydalarına qarşı diqqətsiz olmamağa çağıraraq, “maska taxın, əllərinizi yuyun, rahatlığınız üçün məsafə saxlayın” deyib.

Ukraynada gündəlik yeni COVID-19 xəstələrinin sayı artmağa davam edir. Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzi ölkədə bazar ertəsi günü 9647 yeni yoluxma və 142 ölüm halının qeydə alındığını bildirir. Beləliklə pandemiyanın başlandığı gündən ölkədə ümumi yoluxmaların sayı 474 245-ə çatıb. Ukraynada ölənlərin koronavirus nəticəsində ölənlərin sayı 8 695 nəfərdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun