ABŞ seçiciləri növbəti prezidentin kim olacağını gözləyərkən, Facebook, Google və digər internet şirkətləri başqa bir işlə - saytlarını izləyərək, dezinformasiyanın yayılmasını dayandırıb-dayandırmamalı olduğu və ya nə zaman dayandırmalı olduqları barədə qərar verməklə məşğul olacaq.
ABŞ-da 2016-cı il seçkiləri zamanı xaricdən maliyyələşdirilən subyektlərin onların şəbəkələrindən yalnış məlumatlar yaymaq üçün istifadə etməsinə icazə verdiklərinə görə tənqid olunduqdan sonra İnternet şirkətləri saytlarını daha yaxşı qoruyacaqlarına söz verib.
Müşahidəçilərin bildirdiyinə görə, koronavirus pandemiyası baş qaldırandan bəri şirkətlər səhiyyə böhranı ilə əlaqədar dezinformasiya qarşı birbaşa mübarizə aparmağa başlayıb və məzmunun tənzimlənməsi üçün süni intellekt kimi daha çox avtomatlaşdırılmış üsullara müraciət edib.
Yeni Amerikanın Açıq Texnologiya İnstitutunun siyasət üzrə təhlilçisi Spandana Sinq bu təcrübələrdən seçkilər ətrafında yalnış məlumatları aradan qaldırmaq səylərində istifadə edildiyini deyib.
"ABŞ seçkilərində onların tətbiq etdiyi strategiya və praktika COVID-19-a verdikləri cavaba əsaslanır," o bildirib.
İndi dezinformasiyanın qarşısını almağa hazır olduqlarını bildirməklə texnologiya şirkətləri çətin vəziyyətdə qalmış olur: Onlar seçkilərlə bağlı yanlış məlumatların yayılmasının qarşısını almaq üçün ciddi addımlar atmalı, ya da insanların doğru və ya yalan olsa belə öz fikirlərini ifadə etməsinə imkan verməlidir.
Sinq deyir ki, internet şirkətləri zərərli və ya yalnış məzmunlu fikirləri silməkdən əlavə, hazırda məzmunun tənzimlənməsinə daha dəqiqliklə diqqət yetirir.
Sinq onların bəzi şübhəli məzmunlu kontentləri nişan aldığını, bəzi hallarda isə "kontenti alqoritmik olaraq aşağı saldığını" deyir.
Twitter insanların etibarlı məlumat tapmalarını təmin etmək üçün seçki məsələləri ilə əlaqəli bəzi şübhəli tvitlərə nişan qoymağa başlayıb və rəsmi olaraq elan edilmədən əvvəl namizədlərə seçkilərdə qələbə qazandıqlarını iddia edən tvitlər yazmağa icazə verilməyəcəyini bildirib.
Facebook şirkəti isə "şüşə qırılması variantları"na müraciət edə biləcəyini deyib.
Facebook bunun tam olaraq nə demək olduğunu açıqlamayıb. Lakin The Wall Street Journal şirkətinin Şri Lanka və Myanmada seçki nəticələrinə dair yalan məlumatlarla əlaqəli haştaqları ləğv etməsi, yaxud da zorakılığı təşvq edən mesajlar və ya saxta xəbərləri yayan viral yazıları dayandırmaq kimi tədbirlərə müraciət edə biləcəyini deyib.