Türkiyənin Hakkari əyalətinin Dərəcik rayonunda PKK terroçuları İraqla sərhəddəki iki rayon arasındakı yolda təmir işləri aparan işçilərə hücum ediblər.
Bu barədə Türkiyə mətbuatı xəbər verir.
Məlumata görə, silahlı hücum zamanı 1 işçi həlak olub, daha 2 nəfər ağır yaralanıb. Qeyd edilir ki, həkimlərin səylərinə baxmayaraq, yaralıların həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı regionda iri miqyaslı əməliyyat başlayıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi öz növbəsində Hakkari-Semdinli sərhədyanı ərazidə 5 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. Nazirlikdən bildirilib ki, zərərsizləşdirilənlər işçilərə hücum edən terrorçular olub.