Türkiyə: 'BMT İnsan Haqları Şurasının bəyanatında Ermənistanın hərbi cinayətləri yer almayıb'

Türkiyə: 'BMT İnsan Haqları Şurasının bəyanatında Ermənistanın hərbi cinayətləri yer almayıb'
14 Noyabr 2020
Mətni dəyiş

“BMT İnsan Haqları Şurasının Xüsusi Prosedurlar Mexanizmindəki yer alan əsassız iddialar ərazidə baş verən həqiqətlərdən tamamilə uzaqdır. Bu saxta xəbərlərin yayılması Ermənistanın qanunsuz işğalını görməməkdir və Ermənistanı saxta "beynəlxalq terrorizmə qarşı mübarizə aparan qurban ölkə" təsəvvürü yaratmaq cəhdləridir”.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun BMT İnsan Haqları Şurasının Xüsusi Prosedur Mexanizminin Bəyanatını dəyərləndirərkən belə bildirib.

Aksoy deyib ki, Ermənistan Suriya Milli Ordusuna mənsub olan videogörüntüləri saxtalaşdıraraq sübut kimi qələmə verib. “Bu saxta videoların və ya insanların maddi maraqlar əsasında danışılmasının heç bir etibarlılığı yoxdur və bunlar həqiqətdən uzaqdır”.

Diplomat  qeyd edib ki, Türkiyəni qaralama kampaniyasına xidmət edən bu saxta xəbər və görüntülərə əsaslanan bəyanat BMT-nin İnsan Haqları Şurasının Xüsusi Prosedur Mexanizminin etibarına xələl gətirib:

“Bu qurumdan gözləntimiz odur ki, qərəzli iş tutmaq, yanlış açıqlamalar vermək yerinə, şəffaf şəkildə və bütün əlaqədar tərəflərin fikirlərini nəzərə almaqla fəaliyyət göstərsin”.

XİN sözçüsü bildirib ki, Ermənistanın son proseslərdə xaricdən gətirilən döyüşçülərdən istifadə etməsi açıqlamada kifayət qədər əsaslı və ətraflı yer almayıb:

“Ermənistanın Suriyadakı PKK/YPG terrorçularını  Dağlıq Qarabağda yerləşdirməsi məlum faktdır. Hətta adları bizə məlum olan bir çox PKK döyüşçüsü bu qarşıdurmalarda Azərbaycan ordusu tərəfindən zərərsizləşdirilib. 

Ermənistanın Baş naziri Paşinyanın da etiraf etdiyi kimi, erməni lobbisinin dəstəyi ilə etnik ermənilər Dağlıq  Qarabağdakı münaqişələrdə iştirak ediblər. Biz açıq-aşkar faktlarla, şəkillərlə mənbələrdən əldə edilən bu məlumatların Xüsusi Məruzəçilər tərəfindən daha ətraflı araşdırılacağını və bütün bunların bəyanatda əks olunacağını gözləyərdik”.

Aksoy BMT qurumunun bəyanatında mülki şəxslərə hücumlardan bəhs edilsə də, bunun Ermənistan tərəfindən törədilmədiyi kimi təqdim olunması məsələsinə də toxunub və bildirib ki, bu Türkiyə XİN tərəfindən qərəzli və məqsədli olaraqqiymətləndirilib:

“Baş nazir Paşinyanın hərbi müşavirinin də izah etdiyi kimi, Ermənistan xalq arasında xaos yaratmaq üçün qəsdən qadağan olunmuş bombaları ilə Azərbaycandakı mülki yaşayış məntəqələrinə dəfələrlə hücum edib və hərbi cinayətlər törədib. Ermənistanın beynəlxalq hüququ pozması “Human Rights Watch” və “Amnesty International” tərəfindən də qeydə alınıb”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun