Trampın seçki qərargahı silsilə etiraz mitinqləri keçirəcəyini açıqlayıb

Trampın seçki qərargahı silsilə etiraz mitinqləri keçirəcəyini açıqlayıb
9 Noyabr 2020
Mətni dəyiş

ABŞ prezidenti Donald Trampın seçki qərargahı silsilə mitinqlər keçirməyi planlaşdırır.

Bu barədə 9 noyabrda 'Reuters' agentliyi xəbər yayıb. Məlumata görə, silsilə mitinqlər mümkün seçki pozuntularını araşdıracağı gözlənən məhkəmə proseslərinə həsr olunacaq. Bir gün əvvəl seçki qərargahı açıqlama yayıb ki, məhkəmə seçkilərin nəticələrinə baxmasa, Tramp "öz məğlubiyyətini nəzakətlə etiraf etməyə" hazırdır.

Bundan əvvəl Tramp öz tərəfdarlarına ölkə uğrunda mübarizəsini davam etdirəcəyinə, təslim olmayacağına dair söz vermiş və bəyan etmişdi ki, səslərin sayılmasında "qanunsuz bülletenlərin" hesaba alınmaması üçün əlindən gələn hər şeyi edəcək.

ABŞ prezidentinin xanımı, Melaniya Tramp da öz növbəsində səsvermədə səslərin şəffaf sayılmasının təmin olunması və demokratiyanın müdafiəsi üçün çağırış edib:

"Amerikalılar şəffaf seçkiyə layiqdirlər. Hər bir qanuni və qanunsuz səs sayılmalıdır. Biz tam şəffaflıqla öz demokratiyamızı müdafiə etməliyik".

ABŞ-da 3 noyabrda keçirilən prezident seçkilərinin nəticələri 7 noyabrda məlum olub. Demokrat Partiyasının namizədi Co Bayden 290 kollegiyanın səsini toplayaraq ABŞ prezidenti seçilib.

Respublikaçıların namizədi Donald Tramp isə seçkilərdə pozuntulara yol verildiyini, əsl qalibin məhz özü olduğunu iddia edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun